Azərbaycan Tennis Federasiyası gənc tennisçilərin ölkə xaricində təşkil olunan təlim-məşq proqramlarında, çempionat, kubok və peşəkar tennis turnirlərində iştirakını da təmin edir.
Bakı Tennis Akademiyasının əsası 2009-cu ildə qoyulmuşdur. O, 2.7 hektarlıq ərazini əhatə edir. Bu məkan açılıb-bağlanan damı olan bir əsas və 12 açıq/qapalı kortlardan ibarətdir. Obyekt keçmişdə Qadın Tennis Assosiasiyasının tədbirlərinə ev sahibliyi edib.