2022 -ci il Davis Cup  Azərbaycan

Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə ilk dəfə olaraq Bakı şəhərində kişilərarası 2022-ci il "Davis Cup” Kubokunun Azərbaycanın iştirak edəcəyi Avropa Qrup IV oyunları 25 iyul – 30 iyul 2022-ci il tarixlərində Bakı Tennis Akademiyasında təşkil olunacaq. Hazırda bu qrupda 7 ölkə iştirak etməyə haqq qazanıb. 

Albaniya

Andorra

Azərbaycan

İslandiya

Kosovo

Malta

San Marino

Oyunların formatı

27-30 iyul tarixlərində bu qrupda oyunların formatı dairəvi qruplar və pley-of formatında keçiriləcək. İlk gün hər komanda 2 fərdi və 1 qoşa oyun nümayiş etdirməlidir. Komandalar növbəti 3 gündə isə hər biri 3 və 4 ölkə komandalarından ibarət olan iki dairəvi qrupda bir-birilə yarışacaqlar. Hər qrupda qalib gələn ilk 2 ölkə arasında pley-of formatında oyunlar təşkil olunacaq ki, 2023-cü il “Davis Cup” kubokunun III Qrupuna düşəcək olan ölkələr təyin edilsin. Hər qrupda 3-cü yerə çıxan 2 ölkə komandaları isə bir-birilə pley-of formatında yarışacaqlar.

Oyunların təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Bakı Tennis Akademiyasına, United Sporta, Kontakt Home-a və Coca-Cola şirkətinə öz dərin təşəkkürümüzü bildiririk.