"8 Noyabr - Zəfər Günü"nə həsr edilən tennis turniri mediada işıqlandırıldı

Bakı Tennis Akademiyasında "8 Noyabr - Zəfər Günü"nə həsr edilən tennis turniri keçirilib.

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub.

Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan ibarət komanda 3:0 hesabı ilə qalib gələrək çempion olub.

Yekunda qaliblər Azərbaycan Tennis Federasiyası və Bakı Tennis Akademiyasının nümayəndələri tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar.