ATF rəsmisi Səbirə Abdullayeva ITF prezidentinin dünya kubokları İşçi Qrupunun üzvü oldu

Beynəlxalq Tennis Federasiyasının (ITF) 2023-2027-ci illər üçün komitə, komissiya və işçi qruplarına yeni təyinatlar olub. Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva ITF prezidentinin dünya kubokları hesab edilən "Davis" və "Billie Jean King" kubokları İşçi Qrupunun üzvü seçilib.