ATF və BTA-dan nümunəvi addım

Azərbaycan Tennis Federasiyasının təşəbbüsü və Bakı Tennis Akademiyasının dəstəyilə daha bir möhtəşəm addım atılıb.

1 saylı uşaq evindən 16 və 2 saylı uşaq evindən isə 32 uşaq Bakı Tennis Akademiyasının qonağı olub. Qayğıya ehtiyacı olan uşaqlarla müxtəlif əyəncəli oyunlar keçirilib. Həmçinin uşaqlara əvvəlcə tennisin qaydaları öyrədilib. Daha sonra onlar tennis idman növündə bacarıqlarını göstəriblər. Ardınca populyar idman növlərindən olan futbolda da iştirak ediblər.

Azərbaycan Tennis Federasiyası qarşıda da bu cür sosial layihələri həyata keçirməyi qarşıya məqsəd qoyub.