Azərbaycan tennisçisinin qalibiyyəti

Tennis üzrə Azərbaycan Yığma Komandasının üzvü Umayra Həşimova 24-29 may 2021-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “J5 Tbilisi Mziuri Cup 2021” beynəlxalq tennis turnirində iştirak edib. U.Həşimova həmin turnirin qoşa oyunlarının qalibi, fərdi oyunların isə finalçısı olub.  

Bu qələbə ilə Umayranı təbrik edirik və gələcək turnirlərdə uğurlar diləyirik. 

Daha ətraflı: 

https://www.itftennis.com/en/tournament/j5-tbilisi/geo/2021/j-g5-geo-01a-2021/draws-and-results/