Bakı Tennis Akademiyası daha bir mötəbər turnirə ev sahibliyi etdi

Bakı Tennis Akademiyasının ev sahibliyi etdiyi beynəlxalq silsilə yarış olan Payız Kuboku turniri yekunlaşıb.

Yarışın son mərhələsində 12 yaşlı tennisçilər bacarıqlarını göstəriblər. Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, İrlandiya, İran və digər ölkələrdən 42 nəfər mükafatlar uğrunda yarışıb. Onlardan 19-u oğlan, 23-ü isə qızdır. Ölkəmizi bu turnirdə Alim Şirin, İsmayıl Sadıqzadə və Ayşən Kərimli təmsil edib.

Qeyd edək ki, bunadək daha 6 mərhələ keçirilmişdi. Maraqlıdır ki, 18 yaşlıların mübarizəsində ardıcıl 2 mərhələdə təmsilçimiz Kənan Qasımov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.Qeyd edək ki, dekabr ayında Bakı Tennis Akademiyası daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.