Bakıda  "Buta Cup" Asiya Tennis Turniri keçiriləcək

Bakı Tennis Akademiyası daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. "Buta Cup" Asiya Tennis Turniri avqustun 5-dən 18-dək keçiriləcək. 14 yaşlılar arasında təşkil olunacaq yarışda ölkəmizi Altay İbrahimov, Raul Yüzbaşov, Cavid Məmmədli və Cəmil Məmmədli təmsil edəcək. İdmançılarımıza dəstək olmaq üçün hamınızı Bakı Tennis Akademiyasına dəvət edirik.