Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq turnirə start verilib. Yarışa maraq böyükdür. Belə ki, mübarizədə Azərbaycanla yanaşı, Türkiyə, Xorvatiya, Litva, İspaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Mərakeş, Özbəkistan, Belarus, Qazaxıstan, Rusiya və Ukraynadan 45 tennisçi bacarığını göstərir. 14 yaş kateqoriyasında keçirilən turnirdə Azərbaycanı 1 oğlan və 1 qız idmançı təmsil edir. Dekabrın 17-ədək davam edəcək yarışda qalib və mükafatçılar diplom və medallarla təltif olunacaqlar.