Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan tennis turniri keçirilib. Torpaq kortlarda təşkil olunan yarışda 32 tennisçi 4 qrupda mübarizə aparıb. Hər qrupda 4 cütlük olmaqla ümumilikdə 16 qoşa görüş keçirilib. Bu gün mübarizədə yarımfinal və final mərhələsinin görüşləri keçirilib. Bütün qalib və mükafatçılara medal və diplomlar təqdim edilib.