Bakıda J60 beynəlxalq tennis yarışı davam edir

Bakıda daha bir beynəlxalq tennis yarışı davam edir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə J60 tennis yarışı keçirilir. Bakı Tennis Akademiyasında təşkil edilən turnirə sentyabrın 29-da start verilib. Beynəlxalq yarışda ölkəmizi Tamerlan Kərimov, Elvin Haşımov və Nazim Məlikov təmsil edir. Turnir oktyabrın 6-da başa çatacaq.