Bakıdakı beynəlxalq tennis turnirində qoşa yarışlar başa çatdı

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edir. Bakı Tennis Akademiyasında Dünya Tennis Turu çərçivəsində "W15 Baku" yarışı sona yaxınlaşır. Turnirdə 64 idmançı mükafatlar uğrunda mübarizə aparır. Qızların qoşa yarışında Sinitsina - Solomatina cütü 1-ci, Xalturina - Leykina dueti 2-ci yeri tutub. Yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Hindistan, Avstraliya, Avstriya, Niderland, Rusiya, Belarus, Latviya, Litva və digər ölkələrdən idmançılar mübarizə üçün paytaxtımıza toplaşıblar. Ölkəmizi bu yarışda Umayra Həşimova təmsil edib. Turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 15 min dollardır.