Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Tennis Turnirləri davam edir. Bakı Tennis Akademiyasında keçirilən yarışlarda iştirak edən 12 yaşlı tennisçilərin mübarizəsinə yekun vurulub. Hazırda isə 14 yaşlı idmançıların turniri davam edir. Yarışlara oktyabrın 22-də yekun vurulacaq. Hər kəsi maraqlı mübarizəni yaxından izləmək üçün Bakı Tennis Akademiyasına dəvət edirik.