Bəhram Bağırovun xatirəsinə həsr olunan turnir keçirildi

Bakı Tennis Akademiyasında mərhum tennisçi Bəhram Bağırovun xatirəsinə həsr olunmuş qoşa kişilər arasında ənənəvi turnir keçirilib.

Yarışda 16 qoşa kişi iştirak edib. 4 komanda olmaqla 4 qrupda mübarizə gedib. Hər qrupdan ilk 2 yerin sahibi 1/4 finala vəsiqə qazanıb.
Daha sonra yarımfinal və final duelləri keçirilib. Matçlar 1 setdən ibarət olub.

Yekunda Emin Eminov və Oleq Zaqorodnevdən ibarət komanda həlledici görüşdə Kamranla İmranı 6:3 hesabı ilə məğlub edərək kubok qazanıb.

3-cü yeri isə İzzət - İsmayıl cütü ilə Umut - Vasif komandası tutub.