Bu gün Moldovada təşkil olunan “Billie Jean King Cup” tennis turnirinə start verilib. Qadın idmançılar arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi də mübarizəyə qoşulub. Ölkəmizi məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn təmsil edir. Azərbaycan millisi 3-cü qrupda mübarizə aparır.