“Billie Jean King Cup”: Tennisçilərimizdən inamlı qələbə

Moldovada təşkil olunan “Billie Jean King Cup” tennis turnirində idmançılarımızın mübarizəsi davam edir. Milli komandamız bu gün Albaniya tennisçiləri ilə mübarizdə qələbə qazanıb. İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2-1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub: 2-0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, qərara əsasən millimiz yekunda 3-0 hesablı qələbə qazanıb.