BTA-da daha bir yarış başlandı

Bakı Tennis Akademiyası yeni yarışa start verdi. Həftənin bazar günləri "Greenwich Doubles Championship 2022" adlı reytinq xarakterli qoşa mini-turnirlər keçiriləcək.

Cütlüklər formatında təşkil olunacaq bu turnirdə:

4-cü liqanın oyunçuları 1,2 və 3
3-cü liqanın oyunçuları 2,3 və 4
2-ci liqanın oyunçuları 3 və 4
1-ci liqanın oyunçuları isə yalnız 4-cü liqanın oyunçuları ilə bir komandada yazıla bilər.

Liqada iştirak etməyən oyunçular iştirak etdiyi dövrdəki ən yüksək reytinqlə qatıla bilərlər.

Hər həftə oyunçular iştiraka görə 2, hər qələbəyə görə daha 2 xal qazanacaqlar.

İlin sonunda reytinqdə ilk 5-likdə qərarlaşan oyunçular dekabrın sonunda Ukraynada keçiriləcək həvəskarlar arasında turnirə bilet, otel və iştirak haqqı qazanacaqlar.