"BTA Kuboku" Avropa Tennis turnirləri

Azərbaycan Tennis Federasiyasının və Avropa Tennis Assosiasiyasının birgə əməkdaşlığı ilə ölkəmizdə hər il 12,14,16 yaşlar arasında Avropa reytinqli tennis turnirləri təşkil olunur. Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Avropa tennis turnirləri, Bakı Tennis Akademiyası Kuboku və Payız Kuboku bu silsilə və ənənəvi turnirlər siyahısına daxildir. 

Məlumat vermək istərdik ki, 29 avqust 2022-ci il tarixindən 18 sentyabr 2022-ci il tarixinədək 3 həftə ərzində 14 və 16 yaşlar arasında Avropa Reytinqli "BTA Kuboku" adlı tennis turnirləri təşkil olunacaq. Həmin turnirlərdə 150-dən çox sayda ABŞ, Azərbaycan, Almaniya, Avstriya,  Avstraliya, Böyük Britaniya, Çexiya, Gürcüstan, İran, İsrail, İtaliya, Kazaxıstan, Kipr, Latviya, Macarıstan, Polşa, Rumıniya, Rusiya,  Slovakiya, Türkiyə və Ukrayna oğlan və qız tennisçiləri və onları müşayiət edən məşqçilər, qonaqlar iştirak edəcək. Bu turnirlərdə ölkəmizi tennisçilərimiz - Ayşən Kərimli, Mədinə Babayeva, Elvin Həşimov, Tamerlar Kərimov və İlham Baxşəliyev təmsil edəcəklər. 

Bütün tennis həvəskarlarını Bakı Tennis Akademiyasının açıq kortlarında keçiriləcək olan oyunlara tamaşa etməyə dəvət edirik.