Cokoviç üçün şok qalmaqal

Avstraliya Sərhəd Xidməti Novak Cokoviçə viza verməkdən imtina edib.

Serbiyalı raketka ustası “Australian Open”də iştirak etmək üçün Melburna gəlsə də, ona təcili şəkildə ölkəni tərk etməsi ilə bağlı xəbərdarlıq edilib. Məsələ ondadır ki, ATP reytinqinin lideri Avstraliyada oynamaq üçün tibbi icazə alıb. Qaydalara görə, koronavirus əleyhinə vaksinasiya prosesindən keçməyən tennisçilərə müəyyən şərtlər daxilində turnirdə iştirak etmək üçün icazə verilir. Amma Avstraliya höküməti Cokoviçin tibbi sənədlərini etibarsız sayıb.

Ölkəni tərk etməyəcəyi halda Novak Cokoviç müəyyən bir məntəqədə saxlanıla bilər. Yeri gəlmişkən, hava limanında saxlanılarkən Novakın telefonu da əlindən alınıb. Amma sərhəd xidmətinin əməkdaşları 3 saatdan sonra onu tennisçiyə qaytarıb.