Cokoviçdən sonra Medvedev də yarımfinaldadır

İtaliyanın Turin şəhərində tennisçilərin ilik yekun turnirində növbəti oyunlar olub.

Qırmızı qrupda mübarizə aparan rusiyalı Daniil Medvedev 3-cü turda yerli raketka ustası - Yannik Sinnerlə qarşılaşıb. İlk setdə rəqibinin bir qeymdə belə fərqlənməsinə imkan verməyən Medvedev ikinci hissədə Sinnerin ciddi müqaviməti ilə üzləşib. Gərgin keçən setdə Yannik tay-brekdə qalib gəlib. Həlledici hissədə də mübarizə tay-brekə kimi davam edib. Burada isə Daniil Medvedev qələbə qazanıb. Bekəliklə ardıcıl 3 oyunda qalib gələn rusiyalı tennisçi play-offa yüksəlib. 

Almaniyalı Aleksandr Zverev isə play-off imkanını saxlayıb. O, polşalı Hubert Hurkaçı 6-2 və 6-4 hesabı ilə məğlub edib.

Mükafat fonfu 7 milyon 250 min dollar olan turnirə noyabrın 21-də yekun vurulacaq.