“Crocus Fitness Sea Breeze International Padel Cup” turnirinə start verildi

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” turnirinə start verilib. Padel tennis üzrə beynəlxalq yarışın açılış mərasimində Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev turnirin əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzu edib. Padel idmanının Azərbaycanda daha da inkişafına hesablanan yarışda ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak edirlər. İyunun 21-də start verilən “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasının ilk turniri iyunun 23-də yekunlaşacaq. Seriyanın ikinci yarışı isə iyunun 24-dən 27-dək davam edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.