"Davis Cup": Tennisçilərimizin qələbələri davam edir

Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turniri davam edir. Ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir. 4-cü qrupda andorralı idmançılara qalib gələn komandamız bu dəfə San Marino təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Filippo Tommesanini hər iki setdə məğlub edib: 6-1, 6-4. Kənan Qasımov isə Marko De Rossi ilə qarşılaşmada qələbə qazanıb. Millimizin üzvü ilk setdə 6:7 hesabı ilə məğlub olmasına baxmayaraq, 2-ci hissədə 6:3 qalib gəlib. 3-cü hissədə isə hesab 3:0 Kənanın xeyrinə olarkən rəqib oyunu davam etdirə bilməyərək, məğlubiyyətlə barışmalı olub. Azərbaycan millisi 2 turdan sonra komanda hesabında maksimal nəticə ilə qrup 1-cisi olaraq, pley-offa yüksəlib.