Erməni təxribatına qarşı etiraz məktubu

Azərbaycan Tennis Federasiyasının erməni təxribatı ilə bağlı Rusiya Tennis Federasiyasına ünvanladığı məktubun mətnini nəzərinizə çatdırırıq:

Rusiyalı Andrey Rublov və erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov martın 16-da Los-Ancelesdə (ABŞ) xeyriyyə məqsədilə yoldaşlıq matçı keçirəcək. Toplanan vəsaitin “Dağlıq Qarabağ qaçqınları”na yardıma yönəldiləcəyi bildirilib. Azərbaycan Tennis Federasiyası olaraq bu təxribatın yolverilməz olduğunu Rusiya Tennis Federasiyasının diqqətinə çatdırırıq. “Dağlıq Qarabağ” adlı coğrafi ərazinin, “Dağlıq Qarabağ qaçqınları” anlayışının mövcud olmadığını bir daha bildiririk. Bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçilərin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsini tələb edirik. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq. Bu, erməni tennisçi Karen Xaçanovun ilk belə məkrli planı deyil. Xatırladaq ki, ötən ilin yanvar ayında erməni əsilli rusiyalı tennisçi Xaçanov ABŞ-dan olan rəqibi Frensis Tiafonu məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameranın obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edərək təxribata əl atmışdı.