Federasiyamız Qubada keçirilən idman paradında təmsil olundu

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Qubada idman paradı keçirilib. Quba Olimpiya İdman Kompleksində keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Regional Gənclər və İdman İdarələrinin, Olimpiya İdman Komplekslərinin, Uşaq-Gənclər İdman Məktəblərinin və Gənclər Evlərinin rəhbərləri, federasiyaların rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Paradda Azərbaycan Tennis Federasiyası da təmsil olunub. Tədbirdə federasiyamızın rəsmi şəxsləri, məşqçilər və idmançıları iştirak ediblər.