Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) birgə təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
Konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılıb.
Konfransda "Ədalətli və təmiz idman" şüarını əsas tutan Azərbaycan Tennis Federasiyasının nümayəndələri də iştirak edib.