Gənclər və idman naziri padel tennis kortunda

Bakı Tennis Akademiyasının ərazisində rəmzi padel tennis görüşləri keçirilib. Simvolik duellərdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və tennis millimizin məşqçisi Vasko Mladenov mübarizə aparıb.