Heydər Əliyevin 100 illiyinə həsr edilən yarış davam edir

Bakı Tennis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil edilən Avropa Tennis Turnirlərin davam edir. Sayca 12-ci dəfə keçirilən yarışlarda 40 ölkədən 300-ə yaxın idmançı iştirak edir. 12,14,16,18 yaş kateqoriyalarında keçirilən turnirin ilk həftəsində 12 yaşlı tennisçilər mükafatlar uğruna mübarizə aparıblar. Yekunda Axmadi Maxanov, Ancelina Paxomenka, Ameliya Kononenko, Polina Korelova, Amri Askar, Qustavs Qutans yüksək nəticə göstəriblər.