Heydər Əliyevin xatirəsinə həsr olunan 14,16 yaşlararası Avropa Tennis turnirlərinin yekunu

09 avqust – 05 sentyabr 2021-ci il tarixlərində Azərbaycan Tennis Federasiyası ilə Avropa Tennis Assosiasiyasının birgə ənənəvi olaraq hər il təşkil etdiyi Heydər Əliyevin xatirəsinə həsr olunan 14 və 16 yaşlararası Avropa tennis turnirlərində Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, Almaniya və s. ölkə tennisçiləri iştirak edib. 16 yaşlararası kateqoriyasında ölkəmizi təmsil edən tennisçilərimizdə biri Kənan Qasımov rəqibi Rusiya tennisçisi Savelii Şpitaya 6-2 6-3 hesabı ilə üstün gələrək fərdi oyunun qalibi olub. K.Qasımovu təbrik edirik və gələcək turnirlərdə uğurlar arzu edirik.

(Oyunun nəticələri barədə daha ətraflı: https://www.tenniseurope.org/sport/draw.aspx?id=9D738516-9FB4-469C-9E2A-5874A3CE6457&draw=1)

Foto: Kənan Qasımovun mükafatlandırılma anı