Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa tennis turnirləri davam edir

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa tennis turnirləri keçirilir. Ənənəvi hal alan turnirə maraq böyükdür. 12, 14, 16, 18 yaş kateqoriyasında keçirilən yarışın ilk 3 mərhələsində 12 yaşlı tennisçilər mübarizə aparıblar. Bakı Tennis Akademiyasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Litva, Gürcüstan, Ukrayna, Qazaxıstan, Macarıstan, Özbəkistan və Almaniyadan 46 nəfər iştirak edib. Onlardan 24-ü oğlan, 22-si isə qızdır. Yerli tennisçilərdən Raul Yüzbaşov, Murad Behbud, Vahid Vahidov, Altay İbrahimov və Seyhun Qasimzadə mübarizə aparıb. Yarışa iyunun 6-da yekun vurulacaq.