Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər keçiriləcək

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirləri keçiriləcək. Ənənəvi hal alan turnirə maraq böyükdür. 12, 14, 16, 18 yaş kateqoriyasında keçiriləcək yarış aprelin 15-də başlanacaq və 9 iyun tarixinədək davam edəcək. Hər kəsi beynəlxalq yarışı izləmək üçün Bakı Tennis Akademiyasına dəvət edirik.