Heydər Əliyevin xatirəsinə həsr olunmuş J-30 Baku turniri keçirilir

Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis üzrə beynəlxalq J-30 Baku turniri keçirilir. Bakı Tennis Akademiysında təşkil edilən yarışda yerli idmançılarla yanaşı Polşa, Böyük Britaniya, Ukrayna, Tunis, Türkiyə, İsrail, Özbəkistan, Rumıniya, Serbiya, Qazaxıstan, Rusiya, Hindistandan 32 oğlan və 30 qız idmançı mübarizə aparır. 18 yaş kateqoriyasında keçirilən turnirdə oğlanlardan İlham Baxşəliyev, Tamerlan Kərimov, Elvin Həşimov, qızlardan isə Lalə Eyvazova çıxış edir.