İdmançılarımız beynəlxalq turnirdə mübarizə aparır

Azərbaycan tennisçiləri Sloveniyada beynəlxalq turnirə start veriblər. İyulun 23-dən 29-dək Mariborda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmiz 4 idmançı ilə təmsil olunur. Baş məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Nazim Məlikov, Tamerlan Kərimov, Mədinə Babayeva, Xədicə Cəfərquluzadə yarışır.