İdmançılarımız Monteneqroda "Davis Cup" turnirində

Monteneqroda "Davis Cup" turnirinə start verilib.

Mötəbər yarışda Azərbaycan millisi də təmsil olunur. Kənan Qasımov, Səfər Rəsulov və Elvin Haşımovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında yarışa qatılıb. Milli komandamız B qrupunda İslandiya, Albaniya və Kosovo idmançıları ilə mübarizə aparır.

Yarışa iyulun 29-da yekun vurulacaq.

Komandamıza uğurlar arzulayırıq!