Bakıda daha bir beynəlxalq tennis yarışı keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə J30 tennis yarışı yekunlaşıb. Bakı Tennis Akademiyasında baş tutan turnir sentyabrın 23-dən 29-adək davam edib. Yekunda qaliblər Azərbaycan Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.