Kənan Qasımov beynəlxalq turnirin qalibi oldu

Gürcüstanın Tbilisi şəhərində Telavi Open beynəlxalq tennis turniri başa çatıb. Yarışda təmsilçimiz Kənan Qasımov fantastik nəticə göstərib. Belə ki, bütün rəqiblərini məğlub edən tennisçimiz yekunda turnirin qalibi olub. İdmançımız finalda rusiyalı Daniil Blinova hər iki setdə (6:3, 6:4) qalib gələrək kuboku qazanıb.