Millimiz qələbə ilə növbəti mərhələdə

Monteneqroda "Davis Cup" turniri davam edir.

Mötəbər yarışda Azərbaycan millisi də təmsil olunur. Kənan Qasımov, Səfər Rəsulov və Elvin Haşımovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında yarışa qatılıb.

Milli komandamız B qrupunda Kosovoya məğlub olsa da, Albaniya üzərində inamlı qələbə qazanıb. Sonuncu sınaq isə çətin İslandiya komandasına qarşı olub. Səfər Rəsulov və Kənan Qasımov təkli və qoşa yarışlarda inamlı qələbə qazanıb. 3:0 hesabı ilə İslandiyanı məğlub edən Azərbaycan komandası növbəti mərhələyə yüksəlib.

Yarışa iyulun 29-da yekun vurulacaq.