Novak Cokoviç Parisdə "Masters" turnirinin qalibi oldu

Parisdə “Masters” turnirinin finalında ATP reytinqinin lideri Novak Cokoviç rusiyalı Daniil Medvedevlə qarşılaşıb. 

Duel gərgin mübarizə şəraitində keçib. 2 saat 16 dəqiqə davam edən görüşün ilk setində Medvedev 6:4 hesabı ilə qalib gəlib.

Ruhdan düşməyən Cokoviç geridönüş edib. Digər 2 hissədə 6:3 hesablı qələbə qazanan serbiyalı tennisçi turnirin qalibi olub.