Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının və “Sea Breeze Resort”un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə padel tennisi üzrə "Sea Breeze Padel Cup" turniri keçirilir. Mübarizədə yerli idmançılarla yanaşı Bolqarıstan, Türkiyə, Gürcüstan və Səudiyyə Ərəbistanı tennisçiləri də bacarıqlarını göstərirlər. Ümumilikdə 50-dən artıq tennisçinin mübarizə apardığı yarışda mayın 30-da ilk mərhələ yekunlaşacaq. 1 gün sonra isə 2-ci mərhələ başlanacaq. Turnirə iyunun 2-də yekun vurulacaq. Qeyd edək ki, qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro pul mükafatı veriləcək.