Ölkəmizdə ilk dəfə "Sea Breeze Padel Cup" turniri keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyası və "Sea Breeze Resort"un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Sea Breeze Padel Cup" turniri keçiriləcək. Yarış mayın 28-dən iyunun 2-ədək davam edəcək. Qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro mükafat təqdim olunacaq.