Parisdə "Masters" turniri başlandı

Parisdə "Masters" turnirinin ilk mərhələsində britaniyalı Endi Marrey almaniyalı Dominik Kepferi mübarizədən kənarlaşdırıb.

İlk iki setdən sonra bərabərlik qeydə alınıb. Əvvəlvə Kepfer  6-4, daha sonra isə Marrey 7-5 hesabı ilə  üstün olub. Britaniyalı raketka ustası həlledici hissədə rəqibinin müqavimətini tay brekdə qırıb. 

İtaliyalı Fabio Fonini isə gözlənilmədən startda məğlub olub. O, macarıstanlı Marton Fuçoviçlə bacarmayıb. Fuçoviç ilk setdə Foininin yalnız bir qeymdə fərqlənməsinə imkan verib. Növbəti hissədə italiyalı tennisçi bərabərliyi təmin etsə də, Marton Fuçoviç həlledici setdə istəyinə nail olub. 7-6.

Amerikalı Sebastyan Korda və rusiyalı Aslan Karatsevin dueli də 3 set davam edib. Görüş Kordanın qələbəsilə yekunlaşıb. 6:2, 6:7 və 7:6.

Mükafat fondu 2 milyon 603 min avro olan turnirin qalibi noyabrın 7-də müəyyənləşəcək.