Payız Kubokunda mübarizə davam edir

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Payız Kuboku keçirilir. Bakı Tennis Akademiyasında keçirilən yarışda ölkəmizi 5 idmançı təmsil edir. İlham Baxşəliyev, Tamerlan Kərimov, Raul Məlikov, Mikayıl Feyzullayev və Ayşən Kərimli mükafatlar uğrunda mübarizə aparır. Bu mərhələdə 14-16 yaşlı tennisçilər bacarıqlarını göstərirlər.