Payız Kubokunda mübarizə sona yaxınlaşır

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Payız Kubokunun son mərhələsi keçirilir. Bakı Tennis Akademiyasında keçirilən yarışda 77 idmançı çıxış edir. Yerli tennisçilərdən isə Elvin Həşimov, İlham Baxşəliyev, Tamerlan Kərimov və Lalə Eyvazova mübarizə aparır. Bu mərhələdə 18 yaşlı tennisçilər bacarıqlarını göstərirlər. Yarışa oktyabrın 22-də yekun vurulacaq.