Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyası, habelə Bakı Tennis Akademiyasının birgə təşkilatçılığı maraqlı tennis oyunları keçirilib.
Nümayiş xarakterli oyunları gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, qurumun idman şöbəsinin rəhbəri Elnur Məmmədli, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev də izləyib. Əvvəlcə dövlət himni səsləndirilib.
Daha sonra xaricdən ölkəmizə ilk dəfə dəvət olunan peşəkar tennisçilərin iştirakı ilə nümayiş xarakterli oyunlar keçirilib. Qoşaların yarışında Vasil Mladenovla Samirə Əliyeva ilə Anton Saşnikov- Antoni Şumski cütü qarşılaşıb. Təkli yarışda isə Miçele Cahangirova və Elvin Həşimovun mübarizəsi maraqlı alınıb. Bakı Tennis Akademiyasında keçirilən bu görüşlər ölkədə tennisin təbliğatının daha da sürətlənməsinə yönəlib.
Sonda viktorina təşkil olunub. Yarışın izləyən yeniyetmə və gənclər korta dəvət olunub, ustad dərsləri keçilib. Onlara müxtəlif hədiyyə kuponları təqdim olunub.