"Piano Hotel Tennis League" turniri: 01.03.2022

Bakı Tennis Akademiyasında yarışlar dayanmır.

"Piano Hotel" Tennis Liqasında mart buraxılışına start verilib Turnirin ilk günündə 5 duel keçirilib.

1-ci Liqada Zaur Məmmədzadə əzmkar oyunla Ziya Ələkbərova qalib gəlib: 5:7, 6:4 və 6:3.

1-ci Liqanın digər duelində Teymur Dadaşov Aurelien Prostu hər iki setdə məğlub edib: 6:4 və 6:3.

2B qrupunda İsmayıl Babayev Yuriy Zaytsevə qalib gəlib: 6:4 və 6:3

4A qrupunda Taleh Əhmədov Emil Məlikova uduzaraq mart ayında ilk məğlubiyyətini alıb: 2:6 və 3:6.

4B qrupunda isə Samir Rzayev Arlene Dalimosdan üstün olub: 7:5 və 7:5.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.