"Piano Hotel Tennis League" turniri: 02.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışının ilk günləri gərgin mübarizə şəraitində keçir.

Ayın 2-ci günündə qeydə alınan nəticələrlə tanış olaq.

2B qrupunda İsmayıl Babayev Sergey Zaqorovskilə qarşılaşıb. İsmayıl hər iki setdə qələbə qazanmağı bacarıb: 6:1 və 6:4.

3A qrupunda Rafe Hawkins Hill Mahal Göyüşovdan üstün olub: 6:3 və 6:4.

3D qrupunda Elçin Manafov Toğrul İmanova qalib gəlib: 6:3 və 6:1.

4A qrupunda Fərid Yarıyev - Emil Məlikov dueli daha gərgin keçib. Fərid 3 setin yekununda qalib gəlib: 2:6, 7:5 və 6:2.

4B qrupunda Samir Rzayev Gündüz Əsədullayevdən üstün olub: 6:3 və 6:2.

4C qrupunda isə Mary Rose del Norte İnarə Aslanovaya uduzub: 4:6 və 2:6.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.