"Piano Hotel Tennis League" turniri: 03.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışının növbəti günü də arxada qalıb.

Ayın 3-cü gününə məxsus nəticələri təqdim edirik.

2B qrupunda İsmayil Babayev Aleksandr Yakovlevlə mübarizə aparıb və yekunda qələbəyə sevinib: 6:4, 6:7 və 6:2.

3B qrupunda Denis Kazarezov Mamed Həsənovdan üstün olub: 6:1 və 6:4.

3C qrupunda Yadigar Məmmədli Nicat Həsənova hər iki setdə qalib gəlib: 6:4 və 7:5.

4A qrupunda Taleh Əhmədov Yunus Alpı çətinliklə məğlub edib: 6:2, 1:6 və 10:7.

4D qrupunda isə Ramin Əsədov Cəmilə Teregulova ilə dueldən qalib ayrılıb.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.