"Piano Hotel Tennis League" turniri: 04.04.2022

"Piano Hotel" Tennis Liqasının aprel buraxılışına start verilib.

Ayın 4-də təşkil edilən oyunların nəticələrilə tanış olaq.

1-ci Liqada mart buraxılışının qalibi Zaur Məmmədzadə Ziya Ələkbərova uduzub: 4:6 və 3:6.

1-ci Liqada həmçinin Teymur Dadaşov Aurelien Prostla da mübarizə aparıb. Teymur yekunda qələbə qazanıb: 4:6, 6:2 və 6:3.

2A qrupunda isə Zaur Bayramov Emil Məmmədovdan üstün olub: 7:6 və 6:1

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.