"Piano Hotel Tennis League" turniri: 05.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışında mübarizə davam edir.

Ayın 5-ci günündə qeydə alınan nəticələrlə tanış olaq.

1-ci Liqada maraqlı duel keçirilib. Belə ki, Aurelien Prost çətinliklə də olsa, Umut Gündoğana qalib gəlib: 6:3, 3:6 və 10:6.

4A qrupunda Emil Malikov Peter Palya ilə görüşüb. Emil 7:5 və 7:6 hesabları ilə qələbə qazanıb.

4C qrupunda isə Fərid Həsənov Ralf Ayatla üz-üzə gəlib. Fərid yekunda qələbəyə sevinib: 6:3, 4:6 və 6:0.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.