"Piano Hotel" Tennis Liqasının mart buraxılışında mübarizə davam edir.
Ayın 8-ci günündə qeydə alınan nəticələrlə tanış olaq.
1-ci Liqada maraqlı duel keçirilib. Belə ki, İsmayıl Akıncı çətinliklə də olsa, Zaur Bayramovu məğlub edib: 4:6, 6:1 və 6:4.
3A qrupunda Rafe Hawkins Hill Ruslan Xəlilovdan üstün olub: 6:3 və 6:1.
3C qrupunda Sahib Həsənov İnarə Huseynovaya qalib gəlib: 6:2 və 6:0.
3C qrupunun digər duelində Jerome Kelle Nicat Həsənova uduzub: 6:4, 4:6 və 3:10.
3D qrupunda Üzeyir Əlimərdanbəyli Toğrul İmanovu məğlub edib: 6:2 və 6:0.
4A qrupunda Peter Palya Yunus Alpdan üstün olub: 6:1 və 6:1.
5A qrupunda isə Derviş Taşkesen Bünyamin Bilirə uduzub: 4:6, 6:3 və 3:6.
Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.