"Piano Hotel Tennis League" turniri: 09.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışında növbəti duellər keçirilib.

Həmin oyunların nəticələrilə sizi tanış edirik.

1-ci Liqada Zaur Məmmədzadə Aurelien Prostla qarşılaşıb. Zaur əzmkar oyunla qalib gəlib: 2:6, 6:4 və 6:3.

2B qrupunda da çətin duel olub. Aleksandr Yakovlev Yuriy Zaytsevi çətinliklə də olsa, məğlub edib: 2:6, 7:5 və 6:4.

3D qrupunda Cəmil Feyzullayev Yusif Ələsgərova qalib gəlib: 6:2 və 6:3.

4A qrupunda Taleh Əhmədov Ahmet Çelikdən üstün olub: 6:2 və 6:2.

4B qrupunda Arlene Dalimos Gündüz Əsədullayevə qalib gəlib: 6:2, 2:6 və 10:2.

4C qrupunda İnarə Aslanova Yelizaveta Maxortova ilə görüşdə qələbə qazanıb: 6:1 və 6:3.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.